Ərzaq bahalaşıb

Azərbaycanda inflyasiya illik müqayisədə 3,4% təşkil edib.
 
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-may aylarında istehlak mallarının qiymətləri və xidmət tariflərini 3,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 5,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,7 faiz, xidmət tarifləri isə 1,4 faiz artmışdır. 
 
MAYDA DEFLYASİYA QEYDƏ ALINIB
 
Aprel ayı ilə müqayisədə may ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,5 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, xidmət tarifləri isə 0,1 faiz bahalaşmışdır.
 
Qeyd edək ki, bəzi ərzaqlarının qiyməti deyiləndən xeyli çox artıb.

Google+ WhatsApp ok.ru