“Azərsu”da kütləvi ixtisarlar

Sutikinti Müəssisəsindən 1000 nəfər yaxın işçi çıxarılıb
 
Neftin ucuzlaşmasından sonra dövlət qurumlarında başlayan kütləvi ixtisarlar davam edir. Qeyd edək ki, indiyə qədər “Bakı Metropoliteni”, “Azərenerji”, “Azəryolservis” və neft şirkəti, “Azərsu”, “Azərkimya” və digər qurumlardan ixtisarlar aparılıb.
Dünən əldə etdiyimiz məlumata görə, “Azərsu”nun tabeliyində Sutikinti Müəssisəsində ixtisarlara başlanılıb. Məlumatda deyilir ki, artıq 1000 nəfərə yaxın işçi ixtisar olunub. Ixtisarların bundan sonra da davam edəcəyi bildirilir.
Məlumatda qeyd olunur ki, müəssisənin bütün işləri dayanıb. “Deyirlər ki, pul yoxdur. Ona görə də işlər dayanıb. Işçilərə maaş verə bilmədiklərinə görə ixtisarlara başlayıblar”, - deyə müəssisənin ixtisara düşən işçiləri bildirib. azadlıq /

Google+ WhatsApp ok.ru