Arif Hacılı ABŞ səfiri ilə görüşdən sonra Avropaya gedir

Müsavat Partiyasının başqanı Arif Hacılı Avropa Parlamentində “Şərq tərəfdaşlığının gələcəyi” mövzusunda keçiriləcək müzakirələrdə iştirak etmək üçün Avropa Parlamentinə dəvət edilib.
 
Bu barədə "Turan"-a partiyadan məlum olub.
 
Səfər iyunun 16-17-də baş tutacaq. Səfər çərçivəsində A.Hacılının Avropa Parlamentinin rəsmiləri, Avropa ölkələrinin hökümət və dövlət nümayəndələri, postsovet məkanı ölkələrinin siyasi partiya rəhbərləri ilə görüşləri planlaşdırılır.
 
Virtualaz.org xatırladır ki, Arif Hacılı bir neçə gün əvvəl ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşmüşdü. Partiyadan verilən məlumatda bildirilirdi ki, görüşdə əsasən qarşıdan gələn parlament seçkiləri, Müsavat Partiyasının seçkidə iştirakı, hazırlıq prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb./

Google+ WhatsApp ok.ru