Əfqanıstan hökuməti Talibana səsləndi: Ramazanda savaşa son qoyun

Əfqanıstan milli birlik hökumətinin baş icraçı məmuru  Abdullah Abdullah mübarək ramazan ayının gəlməsi  münasibətilə Talibandan istəyib ki, savaşa son qoysun.
Maide.az xəbər verir ki, Abdullah Abdullah mübarək ramazan ayının gəlməsi münasibətilə Əfqanıstan və dünya müsəlmanlarını təbrik edərək, deyib: Əgər müxaliflər sülh müzakirələri istəyirlərsə, dialoq üçün iradələrini göstərsinlər. 
O, sonra deyib: Taliban terror hücumları və günahsız mülki şəxslərin qırğınına son qoymalıdır.
Abdullah Abdullah əlavə edib ki, bu il mübarək ramazan ayı elə bir halda gəlib çatıbdır ki, Əfqanıstan hər gün partlayış, hücum və günahsız vətəndaşlarının ölümünün şahididir.
Qeyd edək ki, bundan öncə də Əfqanıstan Din Alimləri Şurası Talibandan istəmişdi ki, mübarək ramazan ayında savaşa son qoysun.
Bununla belə, Taliban bu istəyi rədd edərək, bildirib ki, savaşı davam etdirəcək./
 

Google+ WhatsApp ok.ru