Əhmədinejad: `ABŞ Amerika imeratorluğunu çökdürəcək şəxsin İmam olduğunu bilir`

İran İslam respublikasının sabiq prezidenti Mahmud Əhmədinejad şok iddialarla çıxış edib. Keçmiş prezident ABŞ-ın İmam Mehdini (əc) ələ keçirməyə çalışdığını, bu məqsədlə onu axtardığını deyib. 
 
Yerli “Şərq” qəzetinin xəbərinə görə, Əhmədinejad ramazan ayı münasibəti ilə ölkənin müxtəlif yerlərindən gələn din xadimləri və tələbələrlə görüşüb. İmam Mehdi (əc) mövzusunda danışan sabiq prezident bildirib ki, ABŞ Amerika imeratorluğunu çökdürəcək şəxsin İmam olduğunu bilir və bu səbəblə də onun barəsində ətraflı araşdırma aparır. 
 
“Özlərinə görə, İmam Mehdi (əc) ilə əlaqəsi ola biləcək hər kəslə münasibət yaradırlar. Onlarla görüşərək verdiyi məlumatlardan istifadə etməyə çalışırlar. Dini ali məktəblərimizdə Həzrət barədə aparılan araşdırmaların minlərlə qatı ABŞ universitetlərində aparılır. Onlar, bizim İmamı axtarmağımızdan daha çox onu axtarırlar”.

Google+ WhatsApp ok.ru