Əfqanıstanın sabiq prezidenti Qərb ölkələrini tənqid edib

“ABŞ Liviya və İraqa qarşı "müdaxilə" siyasəti yürüdür”.
 
APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Əfqanıstanın sabiq prezidenti Həmid Kərzai Moskvada keçirilən mətbuat konfransında deyib.
 
H. Kərzay Vaşinqton və onun müttəfiqlərini müsəlman ölkələri əhalisinin maraqlarını nəzərə almamaqda günahlandırıb. Onun sözlərinə görə, Rusiya öz cənub sərhədləri yaxınlığında Qərb ölkələrinin bu cür hərəkətlərinə görə narahatdır.
 
H. Kərzay Krımın Rusiyaya birləşdirilməsini tarixi əsaslandırılmış addım kimi qiymətləndirib: “Ukrayna problemi başlayan andan mən Rusiyanın tərəfində olmuşam. Krımı Rusiyanın bir hissəsi kimi tanıyıram".
 
Xatırladaq ki, H. Kərzay 2004-2014-cü illərdə Əfqanıstan dövlətinin başçısı olub./

Google+ WhatsApp ok.ru