“Altılıq” və İran sanksiyaların götürülməsi məsələsinə dair razılığa gəlməyiblər

“Altılıq” və İran Vyanada Tehranın nüvə proqramı ilə bağlı danışıqlar raundu zamanı sanksiyaların götürülməsi məsələsinə dair hələlik razılığa gəlməyiblər. Bu barədə qərbin nümayəndə heyətindəki yüksək vəzifəli diplomatik mənbə bildirib.  
 
“Bu məsələ hələlik razılaşdırılmayıb”, deyə o bildirib.
 
Qeyd edək ki, “Altılıq” və İran Tehranın nüvə proqramına dair yekun sazişlə bağlı danışıqlar aparır. İkin razılaşmaya əsasən yekun sənədin iyunun 30-dək hazırlanması planlaşdırılır.  
 
Bundan əvvəl İran XİN rəhbəri Məhəmməd Cavad Zərif sanksiyaların dərhal götürülməsini tələb edib. 

Google+ WhatsApp ok.ru