“Transparency İnternational”: “Azərbaycanda mətbuata və QHT-lərə təzyiqlər artıb...”

“Transparency İnternational” təşkilatı özünün yeni hesabatında Şərqi Avropanın 5 ölkəsində korrupsiya ilə mübarizədə tərəqqi olmaması və demokratik proseslərə və Avropa Birliyi ilə əlaqələrin perspektivinə təhlükələr haqda xəbərdarlıq edib.
 
Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, məruzədə Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada korrupsiyaya qarşı mübarizəyə cavabdeh olan onlarla idarənin fəaliyyətinin araşdırıldığı qeyd olunur.
 
Bildirilir ki, yaxın 5 ildə Avropa Birliyi bu ölkələrə maliyyə köməyi qismində 16,6 milyard ayırmaq niyyətindədir. Lakin sənəd müəllifləri ehtiyat edirlər ki, bu vəsaitlər korrupsionerlərin cibinə axa bilər. Hesabatda qeyd edilir ki, qəbul edilən qanunlara rəğmən, bu ölkələrin siyasi elitası və biznes elitası hakimiyyətin məhkəmə və qanunverici qollarına böyük təsir gücünə malikdir ki, bu da korrupsiyaya kömək edir.
 
Ekspertin qənaətincə, siyasi motivli məhkəmə təqiblərinin və məhkəmə proseduralarından yan ötmək üçün hökumətə müdaxilə olunması problemi xüsusilə Ukrayna və Moldovada kəskin şəkildə durur.
 
“Regionda mülki nəzarəti həyata keçirən KİV-lərə və QHT-lərə Ermənistan və Azərbaycanda qorxutmaq, sıxışdırmaq, təqib, fəalların və jurnalistlərin həbsi yolu ilə təzyiqlər artıb” – sənəddə vurğulanır. /

Google+ WhatsApp ok.ru