“Samsung”un ən incə telefonu satışa çıxır

“Samsung” şirkətinin bu vaxta qədər istehsal etdiyi ən incə telefon olan “Galaxy A8” modeli Çində satışa çıxır.
Maide.az xəbər verir ki, uzun müddətdir gözlənilən yeni model nəhayət rəsmi olaraq elan edildi.
5,7 inç böyük AMOLED ekranla təchiz edilən “Galaxy A8” 2 GB RAM-a, 16 GB daxili yaddaşa malikdir. Lakin, 128 GB daxili yaddaş kartını da dəstəkləyir.
16 megapiksel arxa kamera və 5 megapiksel ön kameraya sahib olan “A8” modeli ən yeni Android 5.1.1 əməliyyat sistemi ilə çalışır.
“Samsung” brendinin ən nazik telefonu olan “Galaxy A8”in qalınlığı cəmi 5,9 mm, ağırlığı isə 151 qramdır.
Yaxın günlərdə yalnız Çində ağ və qara rənglərlə satışa çıxan yeni modelin digər ölkələrdə nə vaxt satışa çıxacağı bilinmir. /

Google+ WhatsApp ok.ru