Şəhid əsgər dəfn edildi

Düşmənin qarşısı alınarkən şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçusu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fətəliyev Eldar Səxavət oğlu dəfn edilib. 
 
ANS TV-nin məlumatına görə, Vətən uğrunda canını qurban verən şəhidimiz anadan olduğu Gədəbəyin İvanovka kəndində torpağa tapşırılıb.
 
Fətəliyev Eldar Səxavət oğlunun meyidi hərbi qulluqçular tərəfindən yaşadığı İvanovka kəndinə gətirilərək ailəsinə təhvil verilib. 
 
Daha sonra şəhid yaşadığı kənddə torpağa tapşırılıb. Şəhid Fətəliyev Eldar Səxavət oğlu Silahlı Qüvvələrimizin hərbi qulluqçusu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi./

Google+ WhatsApp ok.ru