“Mətanət-A” şirkətinin rəhbərinə qarşı edilən dələduzluq faktının təfərrüatları açıqlanıb 24 Avqust 2015 01:00 Hadisə “Mətanət-A” şirkəti bu qurumun rəhbəri Elxan Bəşirova qarşı dələduzluq edilməsi faktına münasibət bildirib. Şirkətdən deyiblər ki, “Mətanət-A” ilə fiziki şəxs arasında müqavilə bağlanılıb: “Həmin şəxs müəyyən avans aldıqdan sonra işi görməkdən imtina edib. Yəni müqavilə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırıb. Burada söhbət dələduzluqdan getmir, sadəcə, şəxs işi görməkdən imtina edirdi. Biz tam hüquqi formada, müqavilənin şərtlərinə uyğun olaraq, hüquq-mühafizə orqanlarına müraciət etmişik. Hüquq-mühafizə orqanlarının məsələyə müdaxiləsi nəticəsində həmin şəxs öhdəliyi yerinə yetirməyə söz verib”. Qeyd edək ki, “Mətanət-A” şirkətinin rəhbəri Elxan Bəşirova qarşı 10 min manatlıq dələduzluq faktı olub. E.Bəşirov Binəqədi Rayon Polis İdarəsinə (RPİ) müraciət edib. Teqlər : #MətanətA şirkətinin rəhbərinə qarşı edilən dələduzluq faktının təfərrüatları açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda lift şaxtaya düşdü: 4 yaralı Bəhruzun meyitində elektroşok izləri olub?