“Galaxy Note 5” Avropa bazarına gəlir

Ötən həftə təqdim edilən “Samsung Galaxy Note 5” ilk həftədə Avropada satışa çıxmadı.
Maide.az xəbər verir ki, ilk dəfədir bu halla üzləşən Avropa bazarında “Samsung” rəhbərliyinin niyə belə qərar aldığı bilinmir.
Məlumata görə, yeni model avqustun 28-də Avropada da satışa çıxacaq. Avropa bazarı üçün nəzərdə tutulan telefonların nömrəsinin sonunda isə F hərfi qeyd edilib. Məsələn: “Samsung Galaxy Note 5 SM-N920F”
Yeni modelin Avropa bazarında hansı qiymətə satışa çıxacağı bilinmir. Rəsmi olmayan rəqəmlərə görə, qiymətin 800-900 dollar civarında dəyişəcəyi gözlənilir.//

Google+ WhatsApp ok.ru