Ağırlığı 417 kiloqram, uzunluğu 4,1 metr olan nəhəng timsah

ABŞ-ın Alabama əyalətindəki Eufaula gölündən 417 kiloqram ağırlığında nəhəng timsah tutulub.
 
Maide.az xəbər verir ki, 4,15 metr uzunluğu olan timsah traktorun köməyi ilə daşınıb. Görünüşü ilə dəhşət saçan bu timsah Scott Evans adlanan şəxs tərəfindən tutulub.
 
Ötən il də Alabama çayının bir qolu olan “Meek Creek”dən 456.8 kiloqram ağırlığında və 4,9 metr uzunluğunda bir timsah tapılıb. Nəhəng timsahın qarnında 52 kiloqram ağırlığında bir maralın olduğu da aşkarlanıb.

Google+ WhatsApp ok.ru