Əl-Əqsanı qorumaq üçün səfərbərlik

Fələstin İslami Müqavimət Hərəkatı Həmas bu həftənin cümə gününü mübarək Əl-Əqsa məscidinin qorunması və sionist rejimin bu müqəddəs məkana qarşı çirkin planları ilə mübarizə üçün  ictimai səfərbərlik elan edib.
Maide.az xəbər verir ki,  Həmas hərəkatı sionistlərin əl-Əqsa məscidinə qarşı təcavüzlərinə tənqid edən bəyanat yayımlayıb. Bəyanatda  Fələstin xalqının bütün övladlarını cümə günü kollektiv hərəkatda iştirak etməyə və sionist işğalçılarla qarşılaşmağa çağırıb. 
Həmas hərəkatı Fələstin xalqı Qüds şəhəri və müsəlmanların ilk qibləsini sionist işğalçıların caynağından xilas emək üçün qiyam etmələyə çağırıb. 
Həmas hərəkatının bəyanatında bildirilir: Əl-Əqsa məscidinin dəstəklənməsi üzrə fələstinlilərin kollektiv hərəkətləri sionist rejim tərəfindən əl-Əqsa məscidinin bölünməsi planını icra etməsinə mane olacaq. /

Google+ WhatsApp ok.ru