“İslamda insan hüquqları mövzusunda maariflənmə” adlı Beynəlxalq Konfrans öz işinə başlayıb

İndoneziyada “İslamda insan hüquqları mövzusunda maariflənmə” adlı Beynəlxalq Konfrans işə başlayıb
 
Maide.az xəbər verir ki, “İslamda insan hüquqları mövzusunda maariflənmə” adlı Beynəlxalq Konfrans bugün, 12 sentyabrdan İslam Əməkdaşlıq Təşkilatı tərəfindən İndoneziyanın paytaxtı Cakartada öz işinə başlayıb.
 
Sözügedən tədbir İslam Əməkdaşlıq Təşkilatının nəzdində Daimi İnsan Hüquqlarına dair müstəqil Komissiyanın təşkilatçılığı və İndneziya dövlətinin dəstəyi ilə keçirilir və iki gün davam edəcək.
 
Konfransda bir sıra mütəxəssislər, mütəfəkkirlər, mədəniyyət xadimləri, yazıçılar, müxtəlif beynəlxalq təşkilatları və İslam dünyasında bu mövzu ilə əlaqədar milli institutları təmsil edən alimlər, eləcədə İSESCO- təşkilatının nümayəndələri iştirak edirlər.
 
İslam dünyasında insan hüquqları sahəsində maarifləndirmənin artırılması mexanizmlərinin araşdırılması və təcrübə mübadiləsinin aparılması, qarşılıqlı hörmət, bərabərlik əsasında insan hüquqlarının inkişafı və genişləndirilməsi, həmçinin insan hüquqları dəyərlərinin dərs vəsaitlərinə və tədris proqramlarına daxil edilməsi konfransın hədəflərindəndir. /
 

Google+ WhatsApp ok.ru