Ərəbistanda şiələrin məscidində terror aktı; 4 ölü, 30 yaralı

Ərəbistanın Nəcran şəhərində bir məsciddə baş verən terror aktı nəticəsində ən azı 4 nəfər həlak olub, 30 nəfərdən artıq insan isə yaralanıb.
 
Maide.az xəbər verir ki, dünən axşam Ərəbistanın sərhədyanı Nəcran şəhərində yerləşən “Əh-Məşhəd” məscidində bir kamikadze özünü namaz qılan insanların arasında partladıb.
 
Məlumata görə, yaralıları daşımaq üçün partlayış yerinə tələsən Təcili Tibbi Yardım avtomobillərinin səsləri eşidilib və yerli rəsmilər əhalini hadisədən zərər çəkənlərə yardım etmək üçün qan verməyə çağırıblar.
 
Namaz qılanlar “Dəhze” rayonundakı “Əh-Məşhəd” məscidindən çıxarkən, intiharçı bombanı işə salıb./

Google+ WhatsApp ok.ru