“Facebook”da növbəti yenilik 28 Oktyabr 2015 02:00 Maraq dünyası Facebook istifadəçiləri artıq tanımadıqları şəxslərə mesaj göndərərkən əvvəlcə mesaj istəyi göndərəcək, bu qəbul edildikdən sonra mesaj yaza biləcəklər. Facebookda dostunuz olmayan istifadəçilər sizə mesaj göndərdikləri zaman birbaşa mesaj qutusuna gəlmir, bunun yerinə “digər mesajlar” bölməsinə göndərilirdi. Beləliklə, istifadəçi mesaj alması haqqında bildiriş alaraq, narahat edilmir və özü istədiyi zaman bunu mesaj qutusuna baxırdı. Ancaq facebook tətbiq etdiyi son yeniliklə bu bölməni ləğv edərək, əvəzinə “mesaj tələbləri” adlı yeni bölmə açdı. Bundan sonra dostluq siyahınızda olmayan istifadəçilər sizə mesaj göndərərkən əvvəlcə istək göndərmək məcburiyyətində qalacaqlar. Siz istəklərini qəbul etdiyiniz zaman onların mesajlarını ala biləcəksiniz. Beləliklə, istifadəçilər arzu etmədikləri mesajları görmək məcburiyyətində qalmayacaqlar və bu, onların razılığından asılı olacaq. musavat / Teqlər : #Facebookda növbəti yenilik, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yaşlı koreyalılar 60 ildən çox ayrılıqdan sonra görüşüblər Divarın o tərəfindəki qonşunu görmək olacaq - “Wi-Fi”la