Yaşlı koreyalılar 60 ildən çox ayrılıqdan sonra görüşüblər

Cənubi və Şimali Koreyanın yüzlərlə yaşlı sakini 60 il sürən ayrılıqdan sonra Şimali Koreyanın Kumqanq sərhəd məntəqəsində görüşüblər.
 
Maide.az xəbər verir ki, uzun illər bir-birinə həsrət qalan Koreyanın yaşlı nəslinin qohumları iki Koreya arasında əldə olunan razılığa əsasən, yenidən görüşə biliblər.
 
65 il əvvəl iki Koreya arasında baş verən müharibə bir çox koreyalı ailələrin ayrı düşməsinə səbəb olub. Amma onlar bəlkədə heç vaxt təsəvvür etmirdilər ki, yeni görüş imkanı onilliklər sonra baş tuta və hətta çoxları bu yeni görüş zaman həyatda olmaya bilər.  
 
İkinci Dünya Müharibəsindən sonra Koreya yarımadasının şimal hissəsi SSRİ və cənub hissəsi isə ABŞ tərəfindən işğal olundu.
 
Şərq və Qərb bloku arasında qarşıdurma 1950-ci ildə iki Koreya arasında ikiillik müharibənin baş verməsinə gətirib çıxardı və bu müharibə nəticəsində ən çox zərər çəkən, Koreya vətəndaşları oldu.
 

Google+ WhatsApp ok.ru