“İŞİD” nefti Türkiyə limanları vasitəsilə qaçaqmalçılıq yolu ilə İsrailə çatdırır

İŞİD terror qruplaşması gündəlik İraq və Suriya neft yataqlarından 1.000.000-1.500.000 dollar gəlir əldə edir. İŞİD bu yataqlardan hər gün 20-40 min barrel neft hasil edir.
Maide.az xəbər verir ki,  İŞİD Suriyanın Deyr əz-Zur vilayətində Koniko və Əltim yataqlarından və İraqın ən-Nəcmə və əl-Qeyare yataqlarından nefti yeraltı anbarlara vuraraq, tankerlər vasitəsilə qaçaqmalçılıq yolu ilə Türkiyənin Şırnaq vilayətinin yaxınlığında kürdlərin yaşadığı Zaxo şəhərinə daşıyırlar.
Bu məlumatda habelə deyilir ki, kürd, türk və israilli tacirlərdən ibarət olan neft mafiyası gündəlik 70-100 neft tankeri Türkiyənin Silopi şəhəri ərazisi ilə “Doktor Frid” və ya “Hacı Frid” kimi tanınan vasitəsi ilə qəbul edir.
Doktor Frid neft mafiyası vasitəsilə İŞİD-dən xam nefti 15-18 dollara alaraq, Türkiyənin Mersin, Dort Boll və Ceyhan adlı üç limanı vasitəsilə İsrailə çatdırır.
Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin 15 noyabrda Türkiyədə keçirilən G20 sammitinin son iclasında deyib: Bu iclasda iştirak edən bəzi dövlətlər neft qaçaqmalçılığı sahəsində İŞİD-lə əməkdaşlıq edirlər. /
 

Google+ WhatsApp ok.ru