Ərzaq bahalaşıb 15 Dekabr 2015 02:00 Ölkə 2015-ci ilin noyabr ayında ərzaq məhsullarının qiymətləri 0,9 faiz bahalaşıb, qeyri-ərzaq məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişikliklər baş verməyib. Ümumilikdə isə istehlak məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,4 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən AzNews.az-a verilən məlumata görə, ay ərzində düyünün, unun, toyuq ətinin, kolbasa məmulatlarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, üzümün, xiyarın, pomidorun, badımcanın, bibərin, lobyanın, kartofun, soğanın, sarımsağın qiymətlərində bahalaşma olub. Qarabaşaq yarmasının, mal və qoyun ətinin, limonun, portağalın, naringinin, almanın, heyvanın, bananın, xurmanın, kələmin, göyərtinin, balqabağın, çuğundurun, yerkökünün qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib./ Teqlər : #Ərzaq bahalaşıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dövlət Departamenti Fuad Qəhrəmanlınin həbsindən narahatdir Körpələr üçün süni qida məhsullarının satışını artırmaqdan ötrü ailə üzvlərini həvəsləndirənlər cərimələnəcək