“Google” şirkəti yeni sistemi sınaqdan keçirir

Proqrama əsasən “Google”un hesablarına şifrəsiz daxil olmaq imkanı yaradılacaq
 
Dünyanın aparıcı axtarış sistemi olan “Google” şirkəti yeni sistemi sınaqdan keçirir. Bir qrup proqramçı tərəfindən hazırlanan proqrama əsasən “Google”un hesablarına şifrəsiz daxil olmaq imkanı yaradılacaq.
 
Yeni sistem istifadəçi hesabını telefon nömrəsi ilə əlaqələndirərək təsdiqləmə kodu vasitəsilə daxil olmağa imkan yaradacaq.
 
Mütəxəssislər bildirirlər ki, bir çox hallarda istifadəçilər sadə şifrələrdən yararlandıqları üçün onların hesabları asanlıqla ələ keçirilir. Yeni sistem istifadəci hesablarına müdaxilə hallarının qarşısını alacaq. Bu sistem “Google”un bütün proqramlarında istifadə olunacaq. /
 

Google+ WhatsApp ok.ru