DİQQƏT! WhatsApp-ınız çökə bilər

"WhatsApp" proqramının 4 min "smile" göndərilərək çox asan bir formada çökdürülə biləcəyi ortaya çıxıb. "WhatsApp"dakı bu boşluğu Indrajeet Bhuyan adlı bir gənc tapıb. Bhuyan digər bir şəxsə 4 min smile göndərməklə qarşıdakının proqramının kilidlənməsinin və proqramın çökməsinin mümkün olduğunu tapıb. 
 
Bu təxminən 2 min hərfdən ibarət bir mesaj aldıqdan sonra yaranan çökməklə eyni şeydir. İkinci səhvi də Bhuyan keçən il tapmışdı. "WhatsApp" keçən il mesajlarda icazə verilən hərf miqdarını məhdudlaşdıraraq səhvi düzəltmişdi. Təəssüf ki, "WhatsApp" "smile"lər üçün də bənzər məhdudiyyətlər qoymağı unudub.

Google+ WhatsApp ok.ru