Əfqanıstanda silahlılar Hindistan konsulluğuna hücum ediblər

Əfqanıstanın Məzari-Şərif şəhərində naməlum silahlı şəxslər Hindistan konsulluğuna hücum ediblər.
Bu barədə yerli hakimiyyətə istinadən "Reuters" məlumat yayıb.
Məlumatda bildirilir ki, yaraqlılar konsulluq ərazisinə keçməyə cəhd göstəriblər. Hücum Hindistanda aviabazaya basqın etmiş terrorçuların aradan qaldırılması üzrə xüsusi əməliyyat aparılan zaman törədilib.
Ölən və yaralananlar barədə məlumat yoxdur. Həmçinin yaraqlıların məhz hansı qruplaşmaya aid olduqları da açıqlanmır.

Google+ WhatsApp ok.ru