“Google”dan Rusiyaya zərbə

Dünyanın ən nəhəng onlayn tərcümə xidməti olan  “Google Translate” “Rusiya Federasiyası” sözünü Ukrayna dilindən rus dilinə “Mordor”,  "ruslar" sözünü isə işğalçılar kimi tərcümə edir.
 
Publika.az xəbər verir ki, bu haqda Rusiyanın bir sıra nüfuzlu internet portalları xəbər yayıb.
 
Qeyd edək ki, “Mordor” Col Tolkienin “Üzüklərin hökmdarı” əsərində “qara ölkə” kimi tanınır.
 
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun soyadı isə Ukrayna dilindən “qəmli at” kimi tərcümə olunur. /
 

Google+ WhatsApp ok.ru