Foto-kamera alarkən `Canon` məhsulları alaq yoxsa, `Nikon`? - ARAŞDIRMA

Foto-kameralar alarkən hər biri istifadəçini maraqlandıran sualı araşdırma istədik. Bu sual isə, "Canon" yoxsa "Nikon" fotokameralarının hansının daha üstün və daha yüksək olmağıdır.
 
Dünyanın foto-kamera bazarında iki nəhəng şirkət olaraq fəaliyyət göstərən şirkətin  bütün istifadəçiləri alarkən bu iki şirkətdən birinin məhsulunu almaq məcburiyyətində qalmağı isə, olduqca maraq yaradır.
 
"Canon" və "Nikon" şirkətlərinin hər ikisi də Yaponiyanın foto-kamera şirkət nəhəngləridir.
 
Hansı daha ağırdır?
 
1937-ci ildə Tokiada qurulan "Canon" şirkətinin məhsulları "Nikon" şirkətinin qurğularına nisbət də daha yüngül və praktik olmağı ilə seçilməkdədir. Dünya bazarına isə, 20 ildir ki, çıxan "Canon" şirkəti bu 20 il ərzində "Nikon" şirkəti ilə rəqabət aparmaqla böyüməkdədir. "Canon" şirkətinin məhsullarının daha yüngül olmasının səbəbi isə, "Canon" şirkətinin məhsullarının əsas ağırlığının cihazın banında olmağıdır. Digər hissələri isə, çox yüngüllüyü və plastik materialdan hazırlanması ilə fərqlənir. Buna görə də, yüngüllük və praktiki rahatlıq baxımından "Canon" şirkətinin məhsulları, "Nikon" məhsullarını qabaqlamaqdadır.
 
Hansı daha çox dəyişikliyə və müasirliyə meyillidir?
 
İstehsal olunduğu ildən bu günə qədər bir-birindən fərqlənən şirkətlərin əsas fərqli cəhətlərindən biri də "Canon" şirkətinin müxtəlif sektorlara olduqca çox maraq göstərdiyi halda, "Nikon" şirkətinin qurulduğu gündən ancaq eyni sektorda qalmağı ilə fərqlənir. "Canon" şirkəti ilk istehsal etdiyi foto-kameranın forma və dızaynı günümüzdəki modellərdən tam fərqləndiyi və müasir dızayına uyğun olduğu halda, "Nikon" şirkətinin məhsullarının ilk günkü dızayında istehsal olunduğu və təkminləşmələrdə ilk versiyanın görünüş baxımından dəyişdirilməməsinə daha çox diqqət və mühafizəkar yanaşmağı ilə fərqlənməkdədir. Bundan əlavə, "Canon" şirkəti bir çox şirkətlə birgə iş qurmağa meyilli olduğu halda, "Nikon" şirkəti "Sony" şirkətindən başqa heç bir şirkətlə yarandığı gündən bu günə qədər birgə işləməyib. Bu isə, iki şikətin eyni ölkədə istehsal edilməsinə baxmayaraq tam başqa strategiyalara malik olmaları müşahidə edilməkdədir.
 
Detalları
 
Hər gün dəyişən xüsusiyyətlərə cavab vermək baxımından da fərqlənən "Canon" və "Nikon" şirkətləri olduqca diqqət çəkməkdədir. "Canon" şirkətinin məhsullarına daha müasir və daha sadə praktik və istifdəsinin hamı tərəfindən rahatlıqla başa düşülən olmağına çalışdığı halda, "Nikon" şirkəti daha effektli şəkilləri, daha keyfiyyəli çəkmək üçün mürəkkəb funksiyalar hazırlamağı ilə fərqlənməkdədir. "Nikon" şirkəti daha mürəkkəb funksiyalar hazırlanması ilə, diqqət çəkir. "Canon" isə, istifadəçilərin rahatlığını nəzərə alaraq daha yüksək efffektli fotoşəkillər üçün potensiallı foto- kameralar hazırlamaqdan bir qədər imtina etməkdədir. Bunu isə, istifadəçilərin rahatlığı üçün etdiyini açıqlayan "Canon" şirkəti, şirkətin əsas hədəfinin "Canon" məhsullarının bütün istifadəçilər tərəfindən rahatlıqla heç bir çətinliklə üzləşmədən istifadə etmək üçün hazırlamaq olduğunu bildirir.
 
Bütün bunlar baxmayaraq hələ də, mütəxəssislər "Canon" və ya "Nikon" şirkətinin konkret olaraq hansının daha yüksək keyfiyyətli rəsm əsərlərində daha bacarıqlı olduğunu aydınlaşdıra bilmədiklərini də qeyd etmək lazımdır.
 
Ev mühitində və küçə də hansına üstünlük verməliyik?
 
Mütəxəssislərin bu məsələdə çox çətinlik çəkdiyini nəzərə alaraq ən vacib bir sualı aydınlaşdıraq. Hansı şirkətin ev və küçə və ya şəhər və ya dəniz  mənzərələrində bir sözlə evdən kənar yerlərdə hansının daha üstün olduğunu araşdırdıq da, mütəxəssislər  bu suala dəqiq cavab verə bilmədiyini müşahidə edirik. Lakin buna baxmayaraq aparılan təcrübələrdən belə bir nəticə çıxarmaq olar ki, "Canon" şirkətinin məhsulları, ev şəraitindəki şəkillər üçün ideal bir seçim olduğu halda, geniş əraziləri çəkmək baxımından və ya mənzərəli və küçə çəkilişləri baxımından xüsusi ilə də gecə çəkilişlərində, "Nikon" məhsullarının daha üstün olduğu qəbul edilməkdədir.
 
Hərəkətli bir kadrı hansı daha dəqiqliklə çəkir?
 
Başqa bir istifadəçiləri və mütəxəssisləri maraqlandıran sual isə, hərəkət halında olan bir kadrın hansı şirkətin məhsulu tərəfindən daha dəqiq və keyfiyyətli çəkilməsidir. İlk yarandığı gündən təbiət ərazilərinin çəkilişində, hərəkətsiz lakin tam dqiqliyi ilə mənzərəni təsvir etmə qabiliyitinə malik olan "Nikon" şirkətinin məhsulları hərəkətli kadrlarda "Canon" şirkətinə uduzmaqdadır. Bu sahədə ən keyfiyyəli şəkil effektlərini yüksək səviyyədə təsvir etməyi bacaran "Canon" şirkəti xüsusiyylə də Futbol, Voleybol və.s kimi idman oyunlarının kadrlarında olduqca təcrübəli və potensiallı olduğu bilinməkdədir.
 
Reklam strategiyaları belə fərqlənməkdədir...
 
İlk yarandığı gündən etibarət "Canon" şirkəti reklama ilk gündən əldə etdiyi gəlirin 30%-ni xəcləməkdədir. Bunun nəticəsi olaraq da ən çox satan foto-kamera olduğu statistikalarda görsənməkdədir. "Nikon" şirkəti isə, "Rekalama heç vaxt etiyacım olmayacaq" şüarı ilə illərdir ki, özünü reklam etmir. Bunu isə, istifadəçilərinin onun gücünü onsuz da bilməsi və bunun mənasız bir vaxt itkisi olduğu qənaətindədir. Buna görə də, reklam bazarında "Canon" şirkəti liderliyi əlində saxlamaqdadır.
 
Hansının ömrü daha uzundur?
 
İstifadəçiləri maraqlandıran bir başqa əsas xüsusiyyət isə, məhsulların uzun ömürlü olub-olmamasıdır. Aparılan müşahidələrin "Nikon" şirkətinin "kameraların babası" yəni, ən uzun ömürlü məhsullar istehsal etməsi ilə fərqlənməkdədir. "Canon" şirkətinin məhsullarının ömürlərinin "Nikon"a nisbətdə çox aşağı olduğu isə, bir çox mütəxəssis tərəfindən bilinməkdədir. Bu isə, "Canon" şirkətinin məhsullarını dözümlüyünə az fikir verməsi və əvəzində daha praktik məhsullar təqdim etməsi ilə, əlaqələndirirlər. 
 
"High-Megapixel" Sensor-Yüksək Megapiksel sektorunda hansı qabaqdadır?
 
Megapiksel xüsusiyyələrinə görə də, birinciliyi "Nikon şirkəti ələ alsa da, "Canon" şirkətinə hərəkətli epizotlarda uduzmaqdadır. Buna görə də, "Canon" şirkətinin Megapiksel qabiliyyəti aşağı olsa da, hərəktəli kadrlarda liderdir.
 
Video
 
Mütəxəssislərin və filim çəkilişlərinin video effektləri "kralı" olaraq bilinən "Canon" şirkəti, video effektləri ilə, "Nikon" şirkətini qabaqlamaqdadır. Bunu isə, dünyaca məşhur  "Hollywood"  kino şirkətinin bütün kinolarının və çəkilişlərinin "Canon" şirkətinin məhsulları tərəfindən çəkilməsini misal göstərmək kifayətdir.deyerler /
 

Google+ WhatsApp ok.ru