“Azərişıq”da kütləvi ixtisarlar

“Azərişıq” ASC-də kütləvi ixtisarlara start verilib. Bu barədə "Azadlıq"a qurumun əməkdaşları məlumat verib. Onların sözlərinə görə, ixtisar prosesi qəfildən başlayıb. Işçilərə xəbərdarlıq etmədən onları işdən çıxarıblar. Qurumun əməkdaşları deyir ki, bu da ciddi narazılığa səbəb olub.
 
“Azərişıq” ASC-nin sədri Baba Rzayev qurumun Şirvan, Hacıqabul, Lənkəran və digər rayonlarının idarələrində ixtisar aparıb. Lakin işçilərin bundan xəbəri olmayıb. Yəni, onlar səhəri gün işə gələndə xəbər tutublar işdən çıxarılıblar.
 
Qeyd edək ki, bundan əvvəl “Azərenerji”də kütləvi ixtisarlara start verilmişdi. Bir neçə gün əvvəl yayılan məlumata görə, qurumda 3000 nəfər işdən çıxarılıb.

Google+ WhatsApp ok.ru