​Ermənistanın baş naziri və keşişin adı maliyyə fırıldağında hallanır

"Ofşor işi ilə mənim heç bir əlaqəm yoxdur". "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın Ararat rayonu yeparxiyasının arxiyepiskoku Navasard Kçoyan bildirib.
 
Qeyd edək ki, Ermənistan KİV-ində Kiprin yunanlara aid hissəsində qeydiyyatdan keçən "WLISPERA HOLDINGS LIMITED" adlı ofşor şirkətlə bağlı qalmaqallı material yayılıb. Məlumata görə, Ermənistanın baş naziri Tiqran Sarkisyan, Navasard Kçoyan və sahibkar Aşot Sukiasyan bu şirkətin səhmdarlarıdır. Onların adları Ermənistanda tanınan iş adamı Paylaka Ayrapetyanın müflisləşməsi ilə əlaqələndirlir.
 
Xəbərə əsasən, baş nazir və keşişin ofşor şirkətin qeydə alınması üçün "Ameria" adlı bankdan iri məbləğdə kredit götürdükləri iddia edilir. Bu xəbər yayılandan sonra baş nazir və keşiş hadisəni təkzib Sukiasyanla bağlı prokurorluğa şikayət göndəriblər.
Qeyd edək ki, ofşor (ing. offshore) - vergidən tamamilə azad olunmuş və nəzarəti zəif olan zonalardır. Burada qanunvericilik həm şirkətin təsisçilərini, həm də maliyyə mənbələrini gizlətməyə imkan verir. Beynəlxalq hesabatlarda maliyyəsi narkotik, silah alveri və çirkli pulların yuyulmasından əldə edilən şirkətlərin ofşor zonalarda qeydiyyatdan keçdiyi bildirilir.

Google+ WhatsApp ok.ru