“Unibank” daha bir filialını bağladı

“Unibank” Bakıda daha bir filialının fəaliyyətini dayandırıb. Bankdan fins.az-a verilən məlumata görə, söhbət paytaxtın Xətai rayonunda, Məhəmməd Hadi küçəsi, 144 ünvanında yerləşən “Həzi Aslanov” filialından gedir. Bundan sonra həmin filialın müştərilərinə metronun “Əhmədli” stansiyasının “Çudo Peçka” tərəfdəki çıxışında (Məhəmməd Hadi küçəsi, 33 ünvanında) yerləşən 10 saylı filialda xidmət göstəriləcək. Xatırladaq ki, bir qədər əvvəl “Unibank” Bakının Suraxanı rayonunda, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, 5 ünvanında yerləşən filialını da bağlamışdı və həmin filialdakı hesablar “Həzi Aslanov” filialına köçürülmüşdü.

Google+ WhatsApp ok.ru