​Naxçıvandan Gürcüstana avtobus reysi açıldı

Fevral ayının 20-dən Naxçıvan-Batumi və əks istiqamətdə avtobus marşrutu fəaliyyətə başlayacaq.
"Report"un məlumatına görə, avtobus Naxçıvan şəhərindən başlayaraq Türkiyə Respublikası ərazisindən keçməklə Batumi şəhərinə hərəkət edəcək.
İlk marşrut fevralın 20-də, saat 7:30-da Naxçıvan Şəhər Avtovağzalından yola düşəcək.
Bir nəfər üçün biletin qiyməti 27 manatdır.
Qeyd edək ki, biletlər muxtar respublika ərazisindəki avtovağzallarda satılacaq.

Google+ WhatsApp ok.ru