Azərbaycanda narkomanların sayı açıqlandı 16 Fevral 2016 02:00 Ölkə “Respublika üzrə qeydiyyatda olan narkomanların ümumi sayı 28.555 nəfərdir. Onlardan dispanser qeydiyyatında olanlar 23.153 nəfər, profilaktik qeydiyyatda olanlar isə 5.402 nəfərdir”. Bu barədə virtualaz.org saytına Respublika Narkoloji Mərkəzinin direktor müavini Aytən Səmədova bildirib. Onun sözlərinə görə, ötən ilin statistikasına əsasən, narkoman qadınların ümumi sayı 592 nəfərdir. Dispanser qeydiyyatında olanlar 416 nəfər, profilaktik qeydiyyatda olanlar isə 176 nəfər təşkil edir. Qeydiyyata alınan narkomanlar arasında azyaşlılar da var. 14 yaşlı 1 nəfər, 15-17 yaşlı 6 nəfərdir. A.Səmədova həmçinin bildirib ki, 2015-ci il ərzində 2.017 narkoman ilk dəfə qeydiyyata götürülüb./ Teqlər : #Azərbaycanda narkomanların sayı açıqlandı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Naxçıvandan Gürcüstana avtobus reysi açıldı Azərbaycanda havanın temperaturu artacaq, Bakıda yağış yağacaq