Ərzaq məhsullarının satın alınması mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək

Milli Məclis martın 4-də “Dövlət satınalmaları haqqında” qanuna ərzaq məhsullarının dövlət tərəfindən satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini nəzərdə tutan dəyişikliklər edib.
 
Yeniliyə əsasən, mərkəzləşdirilmiş qaydada satınalmalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək.
 
Bu tələb dövlət müəssisə və təşkilatları, nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən ərzaq məhsullarının alınmasına şamil edilir. Tələb birbaşa dövlət vəsaitləri ilə yanaşı, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlərə də aiddir.
 
Ötən ilin sonuna ləğv edilən Satınalmalar üzrə Dövlət Agentliyi 2008-ci ildə alınan bir sıra mallar üzrə ümumiləşdirilmiş məlumat yayıb. Həmin ildə dövlət vəsaitləri ilə 236,6 mln manat məbləğində (o vaxtkı məzənnə ilə $284 mln) ərzaq, о cümlədən: 35.565,84 min manat məbləğində çörək, un və un məmulatları, 35.731,48 min manat məbləğində yarmalar, 53.857,52 min manat məbləğində ət və ət kоnsеrvləri, 9.701,92 min manat balıq və balıq kоnsеrvləri, 30.714,87 min manat məbləğində kərə və bitki yağları, 10.340,0 min manat məbləğində süd və süd məhsulları, 30.146,96 min manat məbləğində tərəvəz məhsulları alınıb.
 
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə hesab edir ki, bu qərar yerli istehsalçıların bazarda mövqeyini yaxşılaşdıracaq.contact /

Google+ WhatsApp ok.ru