Əbu Omar aş-Şişani öldürülüb - Pentaqon təsdiqləyib

ABŞ qüvvələri İŞİD-in liderlərindən olan Əbu Omar aş-Şişanini zərərsizləşdirib.
 
Maide.az RİA Novostiyə istinadən verdiyi məlumata görə, faktı Pentaqon da təsdiqləyib.
 
ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Pter Kuk bildirib ki, əsl adı Tarxan Batiraşvili olan gürcü əsilli terrorçu 4 mart tarixində Suriyanın Əş-Şaddad şəhərinə endirilən aviazərbələr zamanı məhv edilib.
 
Piter Kuk əlavə edib ki, əş-Şişaninin ölümü İŞİD-in Qafqaz regionundakı tərəfdarlarının vəziyyətini çətinləşdirəcək. 

Google+ WhatsApp ok.ru