Ərdoğan Bakıya gələcəkmi? - RƏSMİ AÇIQLAMA 14 Mart 2016 02:00 Xəbərlər "Paytaxt Ankara şəhərində terror törədilməsinə baxmayaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana martın 15-nə nəzərdə tutulan səfəri gündəlikdə qalır". Bu barədə "Report"un sorğusuna cavab olaraq Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib. Qeyd edək ki, dünən Ankaranın "Kızılay" meydanında törədilən terror hadisəsi zamanı 34 nəfər həlak olub, 125 nəfər yaralanıb. R.T.Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün Azərbaycana fevralın 17-də gəlməli idi. Lakin həmin vaxt da Ankarada terror hadisəsi törədilmiş, nəticədə səfər təxirə salınmışdı./ Teqlər : #Ərdoğan Bakıya gələcəkmi? RƏSMİ AÇIQLAMA, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan-Gürcüstan sərhədində çox böyük tıxac yaranıb Qırğızıstan paytaxtı Bişkekdə də əzadarlıq məclisi keçirilib - FOTO