Ərəb Əmirliyi 11 terroçuya ömürlük həbs cəzası verdi

Birləşmiş Ərəb Əmirliklərində məhkəmə terror təşkilatı yaratmaqla ittiham etdiyi 11 nəfəri ömürlük həbsə məhkum edib.
 
Yerli mənbələrin verdiyi məlumata görə, məhkəmə oxşar ittihamlarla 23 nəfərə də 5 - 15 il arasında dəyişən həbs cəzaları verib. Birləşmiş Ərəb Əmirlikləri mediası məhkum edilən şəxslərdən ikisinin BƏƏ vətəndaşı olduğunu bildirib.
 
BƏƏ Baş Prokurorluğu 2 avqust 2015-ci ildə aralarında BƏƏ vətəndaşlarının da olduğu 41 müttəhimin "dövlət hakimiyyətini zəiflədərək və xilafət dövləti qurmaq məqsədilə terror təşkilatı yaratmaq" ittihamı ilə Ali Federal Məhkəməyə göndərilməsinə qərar vermişdi.

Google+ WhatsApp ok.ru