​EVSİZLİK DƏRDİ...

«Ekspertlərin fikrincə, ayda 2 min manat gəliri olmaq şərtilə, yalnız 10 ilə daşınmaz əmlak almaq olar».
 
Bu cümlə «Exo» qəzetində dərc edilən «Bakıda mənzil almaq üçün nə qədər işləmək lazımdır?» adlı məqalədən götürülüb.
 
Məqalədə paytaxtın mərkəzində evlərin bir kv.metrinin 3-4 min manat, şəhər kənarında isə 1000-1200 manat olduğu deyilir: «Əlbəttə, belə kosmik qiymətlər müştəriləri qorxudur. Nəticədə obyektlər yarıboş durumda qalır, tikinti sahibi gəlir əldə edə bilmir, insanlar kirayədə yaşamalı olurlar».
 
Yazıda qeyd edilir ki, vətəndaşlar ipoteka krediti vasitəsilə də ev problemini həll edə bilmirlər. Məqalədə ekspertlərdən Rəşad Həsənovun fikirlərinə də yer verilib. «Qiymətlərin bahalığı hər ailəyə mənzilə sahib olmaq imkanı vermir, Bakı ilə müqayisədə İsveçrə kimi ölkədə mənzil sahibi olmaq dəfələrlə asan məsələdir»,- deyə Rəşad Həsənov qəzetə bildirib. 
 
Daha sonra ekspert keçən ilki devalvasiyadan sonra ölkənin mənzil- tikinti sektorunun böhran yaşadığını deyərək, vəziyyətin hələ bir müddət qeyri-müəyyən qalacağını bildirib. /

Google+ WhatsApp ok.ru