Bakıda Azərbaycan, Rusiya və İran XİN rəhbərlərinin görüşü keçirilir

Bu gün Bakıda Azərbaycan, Rusiya və İran XİN rəhbərləri Elmar Məmmədyarov, Sergey Lavrov və Məhəmməd Cavad Zərifin görüşü keçirilir.
 
Maide.az-ın məlumatına görə, tərəflər regional əməkdaşlıqda qarşılıqlı maraqlar kəsb edən məsələlər, xüsusən ikitərəfli və üçtərəfli layihələrin həyata keçirilməsi, o cümlədən "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsi üzrə fikir mübadiləsi aparır. Həmçinin regional təhlükəsizlik, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi gözlənilir.
 
Bundan əlavə, XİN rəhbərlərinin ayrıca ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur. /

Google+ WhatsApp ok.ru