“Facebook Messenger”-in köməyi ilə qrup zəngləri etmək mümkün olacaq

“Facebook” öz mesajlaşma xidməti olan “Messenger”-ə fasilə vermədən yeni funksiyalar əlavə etməyə davam edir.
 
Daha əvvəl eyni anda sadəcə bir şəxslə danışığa imkan verən tətbiqetmənin vasitəsilə artıq birdən çox şəxslə eyni anda danışmaq mümkün olacaq. Bunun üçün tətbiqetmənin sağ üst tərəfindəki telefon ikonuna toxunmaq və danışmaq istədiyiniz şəxsləri seçməyiniz kifayətdir.
 
Qeyd edək ki, rəsmi olaraq təqdim olunmamış funksiyadan ancaq səsli danışıqda xətasız istifadə etmək mümkündür.(technews.az)
 
 
 

 

Google+ WhatsApp ok.ru