ًQurban və Fitr bayramlarında Filadelfiya məktəbləri də tətil olacaq

Amerikanın Filadelfiya şəhərində Fitr və Qurban bayramı münasibəti ilə məktəblərin rəsmi tətil olacağı bildirilib. 
 
Maide.Az xəbər verir ki, Qurban və Fitr bayramları günləri  2016-2017-ci il təhsil ilində bu şəhərdəki müsəlman şagirdlər, müəllimlər və təhsil işçiləri üçün tətil olacaq. 
 
Qeyd edək ki, Filadelfiya şəhərində Fitr və Qurban bayramlarının məktəblərdə tətil olması təklifi 2005-ci ildə hökumətə təqdim olunmuşdu. 
 
Filadelfiya şəhərində 200 min müsəlman yaşayır.  Bu şəhərdəki məktəb şagirdlərinin 20 faizini müsəlmanlar təşkil edir. 
  
 

Google+ WhatsApp ok.ru