“Pulun varsa, məhkəmə də sənsən, qanun da...”

“Pulun varsa, məhkəmə də sənsən, qanun da...”

Göyçayın Hacalıkənd kəndinin sakini: “Həyətimizə soxulub hər yeri dağıtdılar”
 
“Pulun var, məhkəmə də sənsən, qanun da... Pulun yoxdur, ayaq altında əziləcəksən. Bax, indi bu vəziyyətə düşmüşük, qızım. Bir qonşu imkanlı çıxıb, bizi məhkəməyə verib, həyətimizdən sahə tələb edib ki, özünə yol açsın. Halbuki, gen-bol yolu da var, həyət-bacası da, ev-eşiyi də... Sadəcə, göz doymur”. 
 
Göyçayın Hacalıkənd kəndinin sakini Zülfiyyə Abdullayeva AzadlıqRadiosuna danışır, bir qonşusu onun həyət-bacasından özünə yol açmaqdan ötrü əvvəl, necə deyərlər, “xoşluqla” təklif edib ki, həyətin bir hissəsini ona versin.
 
Həyət-baca sahibi razılaşmadıqda qonşu tərəfindən məhkəməyə verilib.
 
Məhkəmənin çıxardığı qətnamə Abdullayevləri əməllicə heyrətləndirib:
 
“DEYİRLƏR, “ƏLİMİZDƏ QƏTNAMƏ VAR, İCRA ETMƏLİYİK””
 
“Əlimizdə hər sənədimiz ola-ola, məhkəmə qızıl-qırmızı üzümüzə dayandı ki, guya həyətyanı sahəni zəbt etmişik. İndi icra məmurları gəlir, deyirlər, “əlimizdə icra kağızı var, qətnamə icra olunmalıdır”. Kasıb ailəyik. Ailədə anadangəlmə əlil var, onun 50 manatı dolanışığa çatmır. Həyətdə pomidordan, xiyardan, kartofdan əkib yeyirik ki, acından ölməyək. Hamısını dağıtdılar, tələf elədilər. Həyət-bacanı xarabaya çevirdilər. Ancaq qərarı icra eləməyə imkan vermədik. Və imkan verməyəcəyik, ailəlikcə özümüzü yandıracağıq, sənədli-sübutlu torpağımızdan bir qarış da qonşuya verməyəcəyik”. /

Google+ WhatsApp ok.ru