İmam Həsən(ə) və Ramazan ayı ilə bağlı ruhanilərin geniş videoçıxışı

İmam Həsən(ə) və Ramazan ayı ilə bağlı ruhanilərin geniş videoçıxışı

Video çarxın əsas mövzusu mübarək Ramazan ayının fəzilətləri, eləcə də imam Həsənin (ə.s) həyat yolu, fəzilətləri və imamətliyi barədədir
Azərbaycan İslam Partiyasının (AİP) Ramazan ayı və İmam Həsənin (ə.s) mövludu münasibəti ilə təşkil etdiyi iftar mərasimində ruhani alimlər Hacı Əli Behişti, Hacı Əli Nur və Cəlal Şəfiyevin çıxışlarından ibarət video çarx nümayiş olunub. Video çarxın əsas mövzusu mübarək Ramazan ayının fəzilətləri, eləcə də imam Həsənin (ə.s) həyat yolu, fəzilətləri və imamətliyi barədə olub. 
 
Maide.Az  məlumat verir ki, ruhani alimlər çıxışlarında müqəddəs ayın insan həyatına təsirindən, Ramazanın bərəkətindən danışıblar. Bu mübarək ayda edilən duaların Allah dərgahında daha tez qəbul olunduğunu və günahların bağışlandığını diqqətə çatdırıblar. Eyni zamanda çıxışlarda İmam Həsənin(ə) həyatına, onun keçdiyi imamətlik yoluna nəzər salınıb. İmam Həsənin (ə) gözəl sifətlərindən, onun Allaha olan ibadət və itaətindən söz açılıb. Bir sıra diqqət yetirilməsi vacib olan məsələləri və hikmətli kəlamları özündə birləşdirən videoçarxı sizlərə təqdim edirik.(İslaminSesi)
 

Google+ WhatsApp ok.ru