“Qüds Günü zülmə, işğala qarşı mübarizə günüdür”

“Qüds Günü zülmə, işğala qarşı mübarizə günüdür”

“Qarabağın işğalı, Qüdsün işğalının davamıdır”. “Qüds günü elə Qarabağ günüdür”
Maide.Az xəbər verir ki, bu fikirləri islaminSesinə  verdiyi müsahibəsində Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli səsləndirib .
 
“Torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan xalqı üçün Qüds Günü hansı əhəmiyyətə malikdir?” sualını cavablandıran Rövşən Əhmədli bildirib ki, Azərbaycan dövləti müstəqillik qazandıqdan sonra, ölkə islamçıları Qarabağ problemi ilə əlaqədar bir sıra şüarlar irəli sürdülər. Bu şüarlar indi də, öz aktuallığını qoruyur: “ Hesab edirik ki, bütün dünyada Qüds simvol olaraq zülmə, işğala qarşı mübarizə günüdür.  Qüds günü həmçinin Suriya və İraq günüdür.  Yəni zülmə, işğala etiraz və ədalətli insanların həmrəylik günüdür”.
 
Rövşən Əhmədli qeyd edib ki, Azərbaycanın torpaqları 25 ildən artıqdır ki, işğal altındadır. Bü günə qədər işğalçıya qarşı lazımı səviyyədə beynəlxalq sanksiyalar tətbiq olunmayıb və problem hələ də davam edir:  “Ona görə də, Azərbaycanda Qüds Gününün qeyd olunması həm də beynəlxalq ictimaiyyətin diqqətini Qarabağ probleminə yönəltmək baxımından çox önəmlidir”.
 

Google+ WhatsApp ok.ru