Əl-Karrada terror hadisəsi  zamanı şəhid olanların sayı 290 nəfərə çatıb

Əl-Karrada terror hadisəsi zamanı şəhid olanların sayı 290 nəfərə çatıb

iyulun 2-dən 3-ə keçən gecə Bağdadın mərkəzində çox sayda restoranın və ticarət mərkəzinin yerləşdiyi Əl-Karrada rayonunda baş vermiş  iki terror hadisəsi  zamanı şəhid olanların sayı 290 nəfərə çatıb. 
 
Maide.Az xəbər verir ki, Əl-Karrada  rayonunda  baş vermiş  terror hadisəsində eləcədə  17  nəfər itgin düşüb,  180 nəfər yaralanıb. 
 
Bundan öncə 200 nəfərin şəhid olduğu bildirilirdi. 
 
İraqın baş naziri Heydər Əl-İbadi  bu terror hücumunu  həyata keçirənlərdən qisas alınacağını bildirmiş və ölkədə 3 gün matəm elan etmişdi. 
 
Ötən gün mərcəi-təqlid Ayətullah  Sistaninin nümayəndəsi  Əhməd  Əl-Safi  Əl-Karrada  bölgəsində  terror həyata keçirilən yerə baxış keçirmiş və  ölkədə təhlükəsizliyin təmini  şəraitini tənqid etmişdir. O, İraq hökumətindən istəyib ki,səhlənkar  rəsmiləri cəzalandırsın və hadisənin  araşdırılması üçün təhqiq komitəsi yaratsın.
 
Qeyd edək ki, İraqın daxili işlər naziri Məhəmməd Salam əl-Qabban paytaxtda törədilən və 200-dən çox insanın ölümünə səbəb olan partlayışla bağlı istefa  verib.
 
Xatırladaq ki, Partlayışın məsuliyyətini İŞİD qruplaşmasının öz üzərinə götürdüyü bildirilir.
 

Google+ WhatsApp ok.ru