“İnstagram”dan növbəti yenilik

“İnstagram”dan növbəti yenilik

 
“İnstagram” öz istifadəçilərini növbəti dəfə faydalı yenilikləri ilə sevindirəcək. 
 
Verilən məlumata görə bu dəfə sosial şəbəkə qaralamaların yaddaşda saxlanılmasını sınaqdan keçirir.
 
Bu vaxta qədər sosial şəbəkədəki akkaunt sahibləri bir müddətdən sonra dərc etməyi planlaşdırdıqları postları öncədən yazıb yadda saxlamaq imkanına malik deyildilər. Post dərc edildikdən sonra isə onlara hər hansı dəyişiklik etmək imkanı da verilmirdi. 
 
Yeni funksiya sayəsində isə istifadəçilər bundan sonra qeydlərini və ya məlumatlarını dərc etməmişdən əvvəl yaddaşda saxlaya biləcəklər. 
Belə ki, “Save Draft” seçimi hələ iyul ayında yaradılıb, ancaq hələlik istifadəyə verilməyib. Sınaqlara əsasən, “İnstagram” nümayəndələri bu məsələyə kifayət qədər ciddi yanaşıblar. 
 
Hazırda bu seçim təcrübə mərhələsindədir və onun nə zaman istifadəyə veriləcəyi barədə heç bir məlumat verilmir. (lent.az) /

Google+ WhatsApp ok.ru