Facebook-da reklamdan qaçmaq mümkün olmayacaq

Facebook-da reklamdan qaçmaq mümkün olmayacaq

Facebook şirkəti reklamların göstərilməsinə böyük önəm verir.
 
Şirkət artıq reklaməngəlləyici «ad-block» proqramından yararlananlara da reklam göstərəcək.
 
Facebook-un reklam və iş platforması direktorunun köməkçisi Andrew Bosworth reklamgöstərmə prinsipini dəyişdiklərini açıqlayıb. Bu yolla «ad-block» proqramlarının reklamı əngəlləməsi çətinləşəcək.
 
«Facebook reklam dəstəkli bir yerdir. Reklamlar bu sosial şəbəkənin bir parçasıdır, sonradan əlavə olunmuş bir şey deyil», – Andrew Bosworthbelə deyib.
 
Son vaxtlar «ad block»dan faydalananların sayı çoxalıb. Təkcə ABŞ-da reklaməngəlləyən proqramdan yararlananlar internet istifadəçilərinin 26 faizidir.
 
Facebook rəsmisi heç vaxt bu proqram süzgəcinə görə pul ödəmədiklərini və yaxın vaxtlarda «ad-block» istifadəçilərinin də reklamdan qaça bilməyəcəklərini bildirib.

Google+ WhatsApp ok.ru