“Şeyx İbrahim Zəkzaki kor ola bilər”

“Şeyx İbrahim Zəkzaki kor ola bilər”

Nigeriyada insan haqları üzrə çalışan vəkil  Fami  Falana  Abucada ölkənin Ali Məhkəməsinə müraciət edərək Nigeriya şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzakinin görmə qabiliyyətini itirmə təhlükəsi ilə üz-üzə olduğunu və tez bir zamanda bunun üçün ölçü götürülməsini istəyib. 
 
Maide.Az xəbər verir ki, F.Falana  müraciətində bildirib ki,  Şeyx Zəkzaki ötən il hərbiçilərin hücumu zamanı bir gözünü itirib və hazıdrda  digər gözü də kor olmaq təhlükəsi ilə üz-üzədir. 
 
Bildirilir ki, Şeyx Zəkzaki həmçinin Zariyada evinə hücum zamanı  7 güllə yarası alıb. 
 
 
Xatırladaq ki, 2015-ci ilin  dekabrın ortalarında Nigeriya ordusu Zarya şəhərində şiələrin toplaşdığı Bəqiyyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzakinin evinə hücum edib. Hücum zamanı Şeyx Zəkzaki yaralanıb və həbs olunub.  Onun 3 övladı şəhid edilib.  İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zarya şəhərinə hücum zamanı ən az 300 Əhli –Beyt (ə) tərəfdarının öldürüldüyünü elan ediblər. Bəzi məlumatlara görə, hücum zamanı 1000 –dək şiə qətliam olunub. 
 
Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır. 
 
Nigeriyanın müxtəlif şəhərlərində Əhli-Beyt (ə) tərəfdarları  dəfələrlə etiraz aksiyaları keçirərək Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzaki və digər məhbusların azadlığa buraxılmasını tələb ediblər. 
 

Google+ WhatsApp ok.ru