Şəhid ailələrinin üzvləri kolleclərdə və AMEA-nın magistraturasında pulsuz oxuyacaqlar 09 Sentyabr 2016 01:00 Ölkə Azərbaycanda şəhid ailələrinin üzvləri orta ixtisas təhsil müəssisələrində (kollec) və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura pilləsində təhsil haqqından azad olunurlar. Bununla bağlı Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunun 3-cü (Şəhidin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hüquqları) maddəsinə əlavə edilməsi ilə bağlı layihə müzakirəyə çıxarılıb. Layihəyə əsasən, dövlət ali təhsil müəssisəsi ilə yanaşı, orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda (AMEA magistratura) ödənişli formada təhsil alan şəhid ailəsi üzvlərini təhsil haqqını ödəməkdən azad olunurlar. Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib. (apa) / Teqlər : #Şəhid ailələrinin üzvləri kolleclərdə və AMEAnın magistraturasında pulsuz oxuyacaqlar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gənc siyasətçilər Mövsüm Səmədova dəstək verirlər Kür və Araz çaylarında sululuq artıb