Kür və Araz çaylarında sululuq artıb

Kür və Araz çaylarında sululuq artıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.Az-a verilən məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-160, Kiçik Qafqazın çaylarında 115-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 80-130  faizini təşkil edir.

 

Tranzit çaylarda hazırki vəziyyət

Sentyabrın 09-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 142 m3/s olmaqla ongünlük normanın 116 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 140 m3/s olmaqla ongünlük normanın 115 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 34 m3/s olmaqla, ongünlük normanın 47 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 37 m3/s təşkil edərək ongünlük normanın 51 faizini təşkil etmişdir.

 

Kür çayının aşağı axınında hazırki vəziyyət

Sentyabrın 09-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 9 sm, Araz çayının Novruzlu məntəqəsində 13 sm artım, Salyanda 3 sm, Bankədə isə suyun səviyyəsində 5 sm azalma müşahidə edilib.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 459 sm (2015-ci il sentyabrın 09-da 320 sm), Salyanda 257 sm (2015-ci il sentyabrın 09-da 120 sm), Bankədə 207 sm (2015-ci il sentyabrın 09-da 153 sm), Araz çayının Novruzlu məntəqəsində isə 175 sm (2015-ci il sentyabrın 09-da 44 sm) təşkil edir. /

Google+ WhatsApp ok.ru