Ərdəbil-Bakı aviareysi açılacaq

Ərdəbil-Bakı aviareysi açılacaq

Gediş-gəlişin çox olması və ehtiyac yarandığı üçün Ərdəbil-Bakı aviareysi ən gec Novruz bayramına kimi  fəaliyyətə başlayacaq. 
 
Maide.Az xəbər verir ki, bunu Ərdəbil hava limanları idarəsinin baş direktoru seyid Fəxrəddin  Haşimi  bildirib. 
 
F.Haşimi deyib ki,  Ərdəbil-Bakı  aviareysinin təşkili ilə bağlı  proqram hazırlamışıq. Apardığımı araşdırmalar göstərir ki, bu aviareysin açılması  zəruridir.  “Çalışırıq ki, ən gec bu aviareys  gələn ilin əvvəlinə kimi açılsın. İnsanların gediş –gəlişini  asanlaşdırmaq və rahatlıqlarını təmin etmək məqsədi ilə Novruz bayramında  çarter uçuşlar həyata keçirməyi planlaşdırırıq.”
 

Google+ WhatsApp ok.ru