“Azəriqaz” işçilərinin məsuliyyətsizliyi partlayışla nəticələndi

“Azəriqaz” işçilərinin məsuliyyətsizliyi partlayışla nəticələndi

Cəlilabad Rayon Qaz İstismarı İdarəsinin əməkdaşlarının məsuliyyətsizliyi ucbatından vətəndaşın xəsarət alması ilə nəticələnən partlayış baş verib
Maide.Az- ın Gununsesi.info-ya istinadən xəbərinə görə, 63 yaşlı rayon sakini Nərminə Vəliyeva dəfələrlə mənzilindəki qaz xəttində problem olması barədə “Azəriqaz”ın yerli strukturuna müraciət etsə də tədbir görülməyib. Sonradan qaz sızması nəticəsində mətbəxdə baş verən partlayışda Nərminə Vəliyeva ağır yanıq xəsarətləri iləBakıdakı 5 saylı klinikaya yerləşdirilib. Hazırda vəziyyəti ağır olan yaşlı qadının durumu ilə maraqlanan da yoxdur.
 

Google+ WhatsApp ok.ru