Ələt-Astara magistralında mikroavtobus aşıb, 6 nəfər xəsarət alıb 24 Noyabr 2016 02:00 Hadisə Ələt-Astara magistralında mikroavtobus aşıb. APA-nın cənub bürosunun xəbərinə görə, hadisə magistralın 157-ci kilometrliyində, Masallı rayonunun Təzəalvadı kəndi ərazisində qeydə alınıb. İdarəetməni itirən mikroavtobus yolun kənarına aşıb. Nəticədə müxtəlif bədən xəsarətləri alan 6 sərnişin Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Mikroavtobusda sıxılmış vəziyyətdə qalan sərnişinlər çıxarılıb. Faktla bağlı araşdırma gedir. Teqlər : #ƏlətAstara magistralında mikroavtobus aşıb,#6 nəfər xəsarət alıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Masallı bazarındakı yanğınla bağlı TƏFƏRRÜATLAR Qusar sakini donaraq ölüb